Azərbaycanın 3 sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, Nurəddin Novruzov (61 kiloqram), Cəbrayıl Hacıyev (74 kiloqram) və Arseni Djioyev (86 kiloqram) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Anar Cəfərli (92 kiloqram) 1/4 final, Yusif Dursunov (125 kiloqram) isə ilk görüşündə öz rəqiblərinə uduzublar.
Bu gün, həmçinin Azərbaycanın üç sərbəst güləşçisi medal qarşılaşmalarına çıxacaq. Kənan Heybətov (70 kiloqram) və Əli Tsokayev (79 kiloqram) finalda, Rəvan Musayev (97 kiloqram) 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə ilk dəfə komanda hesabında üçüncü yeri tutub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar