Qazaxıstanın Astana şəhərində V Dünya Köçəri Oyunları keçirilir.
Apasport.az xəbər verir ki, qazaq güləşi üzrə Eyvaz Baxşıyev gümüş medal qazanıb.
60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda qazaxıstanlı Meirzhan Bereketova məğlub olub.
Millimizin heyətindən bu idman növündə növbəti medalı 74 kq çəki dərəcəsində Emil Həsənov qazanıb. Onun sahib çıxdığı medalın da əyarı gümüş olub.
Qeyd edək ki, oyunlar sentyabrın 13-dək davam edəcək. Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur.
- Güləşçimiz İslamiadanı ikinci pillədə başa vurub
- İslam Oyunları: İki güləşçimiz finalda - FOTO
- İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu
- Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb
- İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq