Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri daha 5 çəkidə mükafatçıları müəyyənləşdiriblər.
77 kq çəki dərəcəsində Xasay Həsənli təsəlliverici görüşdə belçikalı İbrahim Tabayavla güləşib. Görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həsənli 3-cü yer uğrunda görüşdə Temuri Orjonikidze (Gürcüstan) ilə üz-üzə gəlib. Rəqibinə 7:1 hesabı ilə qalib gələn Xasay bürüncə yiyələnib.
Qeyd edək ki, dünya çempionatının ilk iki günündə xalçaya çıxan güləşçilərimiz bir medal qazanıb. Yeganə uğura imza atan Nihat Quluzadə 60 kq çəkidə bürünc əldə edib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar