İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, son gündə yunan-Roma güləşində mükafatçılar bəlli olub.
Yığmamızın 6 üzvü fəxri kürsüdə yer alıb. Komandamızın güləşçiləri, 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar.
U15 Avropa çempionatı
Yunan-Roma güləşi
38 kq
Hüseyn Əmrahlı finalda rusiyalı Arsan Aliyevə üz-üzə gəlib. Görüş rəqibin 11:6 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimli isə bürünc qazanıb. O, Nikolas Motsiosa (Yunanıstan) 4:0 hesabı ilə qalib gəlib.
41 kq
Rahib Əhmədov bürünc medal uğrunda güləşib. O, gürcüstanlı Giorgi Çxivadze ilə bacarmayaraq (0:9), çempionatı medalsız başa vurub.
44 kq
Ömər Salmanov həlledici görüşdə İnal Temersiltanovla (UWW) qarşılaşıb. 7:5 hesabı ilə qalib gələn pəhləvanımız Avropa çempionu olub.
48 kq
Vəkil Bəşirov 3-cü yer uğrunda mübarizə aparıb. O, Nikoloz Belkaniyə (Gürcüstan) uduzaraq, yarışı mükafatsız bitirib.
52 kq
Hüseyn Mustafazadə Avropa çempionatının bürünc medalına sahib çıxıb. Güləşçimiz rumıniyalı Andrey Peleanı məğlub edərək, fəxri kürsüdə yer alıb.
62 kq
Nadir Həsənov bürünc medal uğrunda Kristiyan Krastevlə qarşılaşıb. Bolqarıstanlı rəqibini məğlub edən güləşçimiz 3-cü yeri tutub.
75 kq
Ruslan Nuriyev finalda Otso Hannuksela (Finlandiya) ilə üz-üzə gəlib. Rəqib idmançı 3:1 hesabı ilə qalib gəlib və təmsilçimiz gümüşlə kifayətlənib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar