İtaliyada təşkil olunan U15 Avropa çempionatında sərbəst güləş yarışı başa çatıb.
Apasport.az xəbər verir ki, millimiz 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq ikinci dəfə çempion olub.
161 xal toplayan yığmamız xalların sayına görə öz rekordunu yeniləyib. Buna qədər ən yüksək xal göstəricisi 2023-cü ildə qeydə alınmış və komandamız 145 xalla 2-ci yeri tutmuşdu. Azərbaycan bu yarışda 2-ci yeri tutan Ermənistanı 47 xal qabaqlayıb. Ukrayna 91 xalla üçüncü yeri tutub.
Qey edək ki, millimizin heyətin Hüseyn Rzazadə (41 kq) və Elgün Kərimli (85 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Cavanşir Süleymanov (38 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq), Məhəmməd Həsənli (62 kq) gümüş, Xəyal Şükürlü (68 kq) isə bürünc medal qazanıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar