Yunan-Roma güləşçilərimız 3 medal qazanıb
14.05.2024 - 20:23
Mayın 11-13-də Rusiyanın Kaspiysk şəhərində gənc (U-20) yunan-Roma güləşçiləri arasında Surakat Asiyatilov Memorialı keçirilib.
Apasport.az xəbər ki, Azərbaycan güləşçiləri ənənəvi turniri 3 medalla başa vurublar.
Yarışda məşqçilər Emin Əhmədovla Zöhrab Abbasovun rəhbərliyi altında çıxış edən komandanın heyətində Təvəkgül Həziyev (67 kq) gümüş, Tural Əhmədovla (60 kq) Cocu Səmədov (87 kq) isə bürünc medal qazanıb.
Memorialda beynəlxalq hakimlərimizdən Həbib Nurulu və Kənan Hacıəliyev ədaləti qoruyub.
Qeyd edək ki, Surakat Asiyatilov Memorialında 7 ölkədən 190 güləşçi mübarizə aparıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0