Həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq
01.09.2025 - 09:55

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol üzrə beynəlxalq turnirdə qrup mərhələsinə yekun vurulacaq.
Apasport.az xəbər verir ki, bu gün keçiriləcək oyunlarla yarışın yarımfinalçıları müəyyənləşəcək.
Saat 16:00-da Özbəkistan millisi ilə “Kür” komandası “AHF Arena”nın meydançasına çıxacaq.
Saat 19:00-da isə “Bakı” (Azərbaycan) – “Qarabağ” (Azərbaycan) matçının startı veriləcək.
Qeyd edək ki, yarışın qalibi sentyabrın 3-də müəyyənləşəcək.
0
0