Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası
05.07.2024 - 16:32
Lionel Messi Kimdir? Futbol Dünyasının Əfsanəsinin Həyatı, Karyerası

Lio Messi çətin uşaqlıq keçirib. Uşaqlıqda Messiyə “futbol oynaya bilməz” deyilsə də, hazırda dünyanın ən məşhur idmançılarından biridir. 

Messi neçə yaşındadır?

24 iyun 1987-ci ildə anadan olan Lionel Messi hazırda 36 yaşındadır.

Messi haralıdır?

Lionel Andres Messi Kukkittini Argentinanın Rozario şəhərində anadan olub. Ailəsi italyan əsillidir. Messi Argentina milli komandasının şərəfini qoruyur.  

Lio Messi futbola necə başlayıb?

İstedadı və oyun tərzi ilə argentinalı keçmiş futbolçu Dieqo Maradonanın xələfi olaraq göstərilən Messi futbola hələ 5 yaşı olarkən başlayıb. Messi italyan əsilli bir ailənin dördüncü uşağı kimi dünyaya göz açıb. Fabrik işçisi olan atası Jorje Messi eyni zamanda “Qrandoli” adlı yerli futbol klubunun da məşqçisi idi. Atasının futbolun içərisində olması Messinin idman həyatına çox erkən başlamasına səbəb olub. 

1995-ci ildə “Nyuells Old Boys”a transfer olunan Messinin kariyerasının ilk klubu da məhz bura hesab olunur.

Messinin həyatı

“Nyuells Old Boys”da çıxış edərkən Messiyə Argentinanın “River pleyt” kiomandası təklif yollayır. Gənc istedad həkim müayinəsindən keçərkən məlum olur ki, böyümə hormonlarında əksiklik olduğu üçün müalicə almalıdır. Bu müalicə üçün həftədə 900 dollarlıq sərmayə lazım idi. “River Pleyt” bu məsuliyyəti üzərinə götürməkdən boyun qaçırdı və Lionu çətin vəziyyətdə qoydu.

Həmin dövrdə Argentinada gənc ulduzları ortaya çıxaran “Barselona”nın idman direktoru Karls Rexaç Messinin qeyri-adi futbol istedadının fərqinə varmış, ona müalicə xərclərini qarşılamaq üçün İspaniyada klubun aşağı yaş qruplarında oynamağı təklif etdi, Beləliklə, Messinin professional futbol həyatına və əfsanəyə çevrilməsinə kömək edən “Barselona”dakı həyatı başlamış oldu. “Barselona”nın heyətində ilk rəsmi oyununa çıxanda argentinalı ulduzun cəmi 16 yaşı var idi. Bu oyunda Kataloniya təmsilçisi “Portu” ilə üz-üzə gəlirdi. Messi 17 yaşında La Liqada “Espanyol”a qarşı oyunda debüt etdi. Onun İspaniyada vurduğu ilk qol isə 2005-ci ildə “Albasete” ilə oyuna təsadüf edir.

Lio 2005-ci ildə İspaniya vətəndaşlığı alsa da, milli komanda seçimində doğma vətənini üstün tutub. Hələ də Argentinanın əsas silahı olaraq qalan Messi milli komandada bir çox rekord qırmağı bacarıb. Yığmada bir Dünya Çempionatında oynayan və qol vuran ən gənc (18 il, 357 gün) oyunçu ünvanını əlində saxlayan Messi Argentinanın ən çox qol vuran futbolçuları sırasında da 70 qolla birinciliyi əlində saxlayır.

Messinin şəxsi həyatı

Messi ilk dəfə doğulduğu yer Rozariodan olan Makarena Lemosla eşq həyatı yaşayıb. 2006-cı il Dünya Çempionatından qabaq Messinin əvvəllər argentinalı model Lusiana Salazar ilə münasibətinin olması iddiaları ortaya çıxdı. 2009-cu ildə “Het-trik Barça” adlı “Canal 33” proqramında “bir sevgilim var, Argentinada yaşayır, rahat və xoşbəxtik” sözlərini işlətdi. Sevgilisi Antonella Rokkuzzo ilə “Barselona” – “Espanyol” derbisindən sonra qatıldıqları bir karnavalda görüldü. Rokkuzzo da Rozario doğumludur.

Leonel 2017-ci ildə Antonella ilə evləndi. Onların Çiro, Mateo və Tyaqo adlı üç oğlu var. 

Messinin karyerası

2005-2006 mövsümündə Messi “Barselona” ilə müqaviləsini yenilədi. Yeni müqaviləyə əsasən, futbolçu 2014-cü ilə qədər katalonların şərəfini qoruyacaq və daha yaxşı qazanc əldə edəcəkdi.

Həmin mövsüm 17 oyunda meydana çıxan və bu oyunlarda ümumilikdə 6 qol vurmağı bacaran Lio sağ ayağında yaranan əzələ yırtılması səbəbi ilə sezonu erkən başa vurmalı oldu. 

2006-2007 mövsümündə isə argentinalı 26 oyunda rəqib qapılarından 14 qol keçirdi. Bu sezon da 3 aylıq zədələnən gənc istedadın qayıtdığı ilk oyun “El Klassiko” idi. Bu görüşdə “Real Madrid”in qapısından 3 top keçirməyi bacaran Messi İspaniya liqasında ən gənc yaşda het-trik edən futbolçu kimi tarixə keçdi. Bu sezondan etibarən onu “yeni Maradona” adlandırmağa başladılar.

Messi “Barselona”da 10 nömrəli futbolkanı Ronaldinyo gedəndən sonra götürüb. Elə həmin mövsüm Lio 31 oyunda 23 qol, 11 asistlə oynayaraq azarkeşlərin və klubun ümidlərini doğrultdu.

2009-cu ildə Çempionlar Liqasının kubokunu “Barselona” qazanır. Messi isə 9 qolla turnirin ən çox qol vuran futbolçusu olur.

Onun milli komandada ən böyük uğuru şübhəsiz ki, 2022-ci il Dünya Çempionatını qazanması olub.

Lionel Messi “Barselona” kariyerası ərzində 778 oyuna çıxıb. Bu oyunlarda ümumilikdə 672 qol vurub.

Lionel Messinin rekordları

Argentinalı ulduz katalon klubunda qırılması çətin olan bir çox rekorda imza atıb. Ulduz oyunçu sadəcə top qovduğu ölkədə deyil, dünya futbolunda da müxtəlif rekordların sahibidir. 

Lio ən çox het-trik edən futbolçudur. O, “Barselona”da rəsmi matçlarda 39, La Liqada 28 dəfə bu uğura nail olub. Messi İspaniya çempionatında bir sezonda ən çox het-trik rekordunu Kriştiano Ronaldo ilə paylaşır. Hər iki futbolçuda bu göstərici 8-ə bərabərdir.

Messi 2012-ci ildə vurduğu 91 qolla bir sezon ərzində rəqib qapısına ən çox yol tapan oyunçu ünvanını qazanıb. O, 99 qolla “Barselona”nın avrokuboklarda ən məhsuldar futbolçusu olmağı da bacarıb.

Lionel 8 dəfə ilin futbolçusu seçilərək “Qızıl top”u ən çox qazanan futbolçu olub. 

Argentinalı ulduz futbolçunun rekordları bunlarla bitmir. O, əlində saxladığı müxtəlif rekordlarla dünyanın ən yaxşı futbolçularından biri hesab edilir.

 
 

0
image Oxşar xəbərlər