Mingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
14.07.2026 - 13:18
Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq.
Beşinci dəfə təşkil ediləcək turnirdə ölkənin bütün şəhər və rayonlarından üzmək bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər.
"Kürü keçək?! 5" yarışı 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə təşkil olunacaq.
- Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
- Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək
- Azərbaycan kanoeçisi Boqdan Kurudz Portuqaliyada ikinci qızıl medalını qazanıb
- Təmsilçimiz Avropa çempionatında qızıl medal qazanıb
- Beş azərbaycanlı yelkənçi Mərakeşdə keçiriləcək dünya çempionatına qatılacaq
0
0