A Seriyası: “Latsio” “Milan”ı üstələdi
03.03.2025 - 01:42
A Seriyası: “Latsio” “Milan”ı üstələdi

İtaliya A Seriyasında XXVII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, turun mərkəzi matçında "Milan" öz meydanında "Latsio"nu qəbul edib.

Gərgin keçən qarşılaşmanın taleyini əsas vaxta artırılmış dəqiqələrdə təyin edilən penalti bəlli edib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İtaliya A Seriyası
XXVII tur

23:45. “Milan” - “Latsio” - 1:2