A Seriyası: Liderdən minimalhesablı qələbə
28.10.2025 - 23:52
A Seriyası: Liderdən minimalhesablı qələbə

İtaliya A Seriyasında IX tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında lider "Napoli" "Leççe" ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Bu nəticə ilə xallarının sayını 21-ə yüksəldən "Napoli" çempionatda liderliyini davam etdirir. "Leççe" isə 6 xalla 16-cı sırada qərarlaşıb.

İtaliya A Seriyası
IX tur
21:30. "Leççe" - "Napoli" - 0:1