Almaniya Kubokunda 1/16 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.
“Borussiya Dortmund” səfərdə “Ayntraxt”la üz-üzə gəlib. Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb və qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə daha dəqiq oynayan qonaqlar rəqibini 4:2 hesabı ilə məğlub ediblər.
Mərhələnin digər qarşılaşmasında isə “Volfsburq” öz meydanında “Holşteyn Kil”ə 0:1 hesabı ilə uduzaraq kubokda mübarizəni dayandırıb.
Almaniya Kuboku
1/16 final
21:30. "Volfsburq" - "Holşteyn Kiel" - 0:1
21:30. "Haydenhaym" - "Hamburq" - 0:1
21:30. "Ayntraxt" - "Dortmund" - 1:1 (Pen. 2:4)
21:30. "Herta" - "Elversberq" - 3:0
23:45. "Sent Pauli" - "Hoffemhaym" - 2:2 (Pen. 8:7)
23:45. "Borussiya M." - "Karlsrue" - 3:1
23:45. "Auqsburq" - "Boxum" - 0:1
23:45. "Kotbus" - "Leypsiq" - 1:4