Bundesliqa: Autsayderdən səfərdə qələbə
02.03.2025 - 22:39
Bundesliqa: Autsayderdən səfərdə qələbə

Almaniya Bundesliqasında XXIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün iki matç keçirilib.

"Yunion" öz meydanında "Holşteyn Kiel"lə bacarmayıb. Görüş autsayderin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

"Auqsburq" isə "Frayburq"la qolsuz heç-heçəyə razılaşıb.

Almaniya Bundesliqası
XXIV tur

18:30. “Yunion” - “Holşteyn Kiel” - 0:1
20:30. “Auqsburq” - “Frayburq” - 0:0