La Liqa: “Real” “Selta” səfərindən 3 xalla qayıdır
07.03.2026 - 01:59
La Liqa: “Real” “Selta” səfərindən 3 xalla qayıdır

İspaniya La Liqasında XXVII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün bir qarşılaşma baş tutub.

"Real Madrid" səfərdə "Selta" ilə üz-üzə gəlib. Gərgin keçən matçda azarkeşlər 3 qola şahidlik ediblər. "Kral klubu" rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Qeyd edək ki, "Real" 63 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Aktivində 40 xalı olan "Selta" isə 6-cı sıradadır.