“Latsio” “Piza” ilə bacarmadı
31.10.2025 - 01:42
“Latsio” “Piza” ilə bacarmadı

İtaliya A Seriyasında IX tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son oyununda “Latsio” səfərdə “Piza” ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qapılara qol vurulmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlində “Latsio” 12 xalla 11-ci, “Piza” isə 5 xalla 17-ci pillədə qərarlaşıb.