
Martın 15-də Rumıniyanın Eferi-Nord şəhərində kişi şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, qitə çempionatında 40 ölkədən 385 şahmatçı mübarizə aparacaq.
Azərbaycan Avropa çempionatında 13 şahmatçıyla təmsil olunacaq. Rumıniyada ölkəmizin adından – Aydın Süleymanlı, Nicat Abasov, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Read Səmədov, Vüqar Manafov, Şiroğlan Talıbov, Elmar Atakişiyev, Xaqan Əhməd, Süleyman Süleymanlı, Şahin Vəliyev və Ümid Aslanov çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatında yüksək nəticə göstərəcək şahmatçılar Dünya Kubokuna vəsiqə əldə edəcək. Yarışın ümumi mükafat fondu 100 min avro təşkil edir.
11 turdan ibarət çempionat martın 26-da yekunlaşacaq.