Azərbaycan klubundan qələbə
23.10.2024 - 23:45
Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa kuboku davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın “Vüqar Həşimov” klubu 4-cü turda İsveçrənin “Rixen” komandası ilə qarşılaşıb.
Görüş təmsilçimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə rəqiblərini mat ediblər. Rauf Məmmədovla Vüqar Manafov yarımxalla kifayətlənsələr də, Ülvi Sadıxov xalsız qalıb. Bu turda Riad Səmədov istirahət edib.
Qeyd edək ki, 4 turdan sonra “Vüqar Həşimov” 6 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
0
0