Hindistanın Qandinaqar şəhərində şahmat üzrə gənclər arasında keçirilən dünya çempionatında IV turun partiyaları oynanılıb.
Apasport.az xəbər verir ki, hesabat turunda Azərbaycan təmsilçilərindən Nərmin Abdinova ağ fiqurlarla qazaxıstanlı Liya Kurmanqaliyevaya, Səbinə Rzalı isə qara fiqurlarla hindistanlı Şanmati Srinə qalib gəlib. Ağ fiqurlarla oynayan Ayan Allahverdiyeva ermənistanlı Məryəm Mkrtçyan ilə heç-heçə edib.
Bu nəticələrdən sonra N.Abdinova maksimum nəticə ilə vahid lider olub. Aktivində 3,5 xal olan A.Allahverdiyeva 2-10-cu, S.Rzalı isə 2,5 xalla 24-38-ci yerləri bölüşdürür.
Xatırladaq ki, turnir İsveçrə sistemi ilə keçirilir. 11 turdan ibarət yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparır.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu