Fransa klubunda yeni təyinat - RƏSMİ
14.11.2026 - 18:49
“Lans” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisini Didye Diqar çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
40 yaşlı mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.
Qeyd edək ki, Diqarın son iş yeri “Havr” olub.
0
0