Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
15.06.2026 - 15:38
Azərbaycanın "Odlar yurdu" komandası Honq Konqda şahmatın rapid və blits növü üzrə dünya çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, Azərbaycanı turnirdə Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Vüqar Manafov, Günay Məmmədzadə və Murad Həşimov təmsil edəcək.
R.Məmmədov eyni zamanda kapitan funksiyasını yerinə yetirəcək. AŞF-nin baş katibi İlahə Qədimova isə dünya çempionatında baş hakimin müavini olacaq.
Qeyd edək ki, 17-22 iyunda təşkil olunacaq yarışın qaydalarına əsasən heyətdə 5 kişi, 1 qadın və 1 həvəskar şahmatçı çıxış etməlidir.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu
0
0