
Yunanıstanın Rodos adasında keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün doqquzuncu turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, 5,5 xalla onuncu pillədə qərarlaşan Gülnar Məmmədova Fransanı təmsil edən litvalı Deimante Daulite-Kornett ilə qarşılaşıb.
Görüş rəqib şahmatçının qələbəsi ilə yekunlaşıb. Bu tura kimi Məmmədovadan yarım xal az toplayan Gövhər Beydullayeva isə Beloslava Krasteva (Bolqarıstan) ilə qarşılaşmada heç-heçəyə nail olub.
Nərmin Abdinova və Türkan Məmmədyarova turu qələbə ilə başa vuraraq, Gülnar və Gövhərə çatıblar. 4 şahmtçımızın hesabında 5,5 xal var.
Qeyd edək ki, Avropa çempionatının bitməsinə iki tur qalıb.
9-cu tur
Deimante Daulite-Kornett (Fransa) - Gülnar Məmmədova - 1:0
Gövhər Beydullayeva - Beloslava Krasteva (Bolqarıstan) - 0,5:0,5
Yekaterina Atalık (Türkiyə) - Türkan Məmmədyarova - 0:1
Jozefina Haynemann (Almaniya) - Səbinə İbrahimova - 0,5:0,5
Nərmin Abdinova - Olqa Zimina (İtaliya) - 1:0
Elizabet Xapala (Avstriya) - Ülviyyə Fətəliyeva - 0:1
Martina Korenova (Çexiya) - Ayan Allahverdiyeva - 0:1
Lalə Hüseynova - Qabriela Harutyunyan (Ermənistan) - 1:0
Turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Teodora İnyaç (Serbiya) - 8 xal, 2. İrina Bulmaqa (Rumıniya) - 7,5 xal,... 23. Gövhər Beydullayeva, 24. Gülnar Məmmədova, 33. Nərmin Abdinova, 38. Türkan Məmmədyarova - hamısı 5,5 xal.