İyulun 7-də Bakıda keçirilən “Baku Open 2024” beynəlxalq şahmat festivalına yekun vurulub.
Apasport.az xəbər verir ki, festival Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə təşkil olunub.
Kişilərin mübarizəsində Sina Movahed (İran) festivalın qalibi olub. Abhimanyu Puranik və Mittal Aditya (Hindistan) müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qadınlar arasında isə Polina Şuvalova (FIDE) 6,5 xalla qalib olub. Qazaxıstanlı şahmatçılar Bibisara Assaubayeva (6,5 xal) və Meruert Kamalidenova (5,5 xal) ikinci və üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, FIDE-nin 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan zəka sahibləri iştirak ediblər.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu