Gəncədə III MDB Oyunlarına dəstək məqsədi ilə şahmat yarışı keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AŞF-nin birgə təşkilatçılığıyla ölkəmizin ev sahibliyi edəcəyi III MDB Oyunlarına dəstək məqsədi ilə yarış keçiriləcək.
Gəncədəki Heydər Əliyev parkında təşkil olunacaq yarışda Nizami yurdunun şahmat ulduzları yoldaşlıq matçı və seansda iştirak edəcək. "Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış edəcək.
"Gəncənin şahmat ulduzları" adlanan yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparacaq. Hər komandada iki nəfət təmsil olunacaq. Yoldaşlıq matçında sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçirəcək.
- Şahmatçımız dünya çempionunu MƏĞLUB EDİB
- Azərbaycanın "Odlar yurdu" komandası şahmat üzrə dünya çempionatında mübarizə aparacaq
- Azərbaycan çempionu “UzChess Cup”da birinci yeri rəsmiləşdirdi
- Azərbaycanın 8 şahmatçısı İtaliyada yeniyetmələr arasında dünya çempionatında mübarizə aparacaq
- Beşinci Landau Şahmat Festivalı keçiriləcək