İddiaçılar Turniri: Nicat Abasov Fransa şahmatçısına qarşı
17.04.2024 - 11:59
Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, 29 yaşlı qrosmeyster 11-ci turda qara fiqurlarla Fransa təmsilçisi Əlireza Firuzcayla qarşılaşacaq.
Hazırda aktivində 3 xalı olan N.Abasov sonuncu-8-ci pillədə qərarlaşıb. Ə.Firuzca isə 3,5 xalla yeddinci sırada yer alıb.
Qeyd edək ki, İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.
- 40 şahmatçımız Avropa çempionatında mübarizə aparacaq
- Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- "Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafatçıları bəlli olub
- Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazandı
- Azərbaycan klubları Avropa Kubokunda qələbə qazandı
0
0