Aprelin 11-də kişi şahmatçılar arasında Azərbaycan çempionatına start veriləcək.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə AŞF-nin birgə təşkil edəcəyi yarış 9 turdan ibarət olacaq
İlk 4 yerin sahibi ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, məğlub olan şahmatçılar isə üçüncü yer uğrunda yarışacaqlar.
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat mükafat əldə edəcək.
Qeyd edək ki, kişi şahmatçılar arasında ölkə çempionatı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunacaq.
- Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular
- Azərbaycan milliləri Olimpiadada VII tura çıxır – Qadınlarımız Ermənistanla qarşılaşacaq
- AŞF rəsmisi İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
- Şəhriyar Məmmədyarov 12 yaşlı qrossmeysterlə heç-heçə etdi
- Şahmat Olimpiadası başlayır – millimizin rəqibləri bəlli oldu