“Lankaran Open”in açılış mərasimi keçirilib - FOTO
07.07.2025 - 17:34
“Lankaran Open”in açılış mərasimi keçirilib - FOTO

Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi “Lankaran Open” festivalı ilə davam edir. 

Apasport.az xəbər verir ki, bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib.

Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir. 

Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.