Azərbaycan Şahmat Federasiyası (AŞF) şahmat üzrə məşqçi-müəllimlərin inkişafı üçün tədbirlərini davam etdirir.
Apasport.az xəbər verir ki, AŞF-nin Məşqçilər Komissiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün onlayn seminarlar təşkil olunacaq. Seminarlar həftədə 2 dəfə olmaqla 3 səviyyə üzrə 7 fərqli qrupda keçiriləcək. Seminarlara 40-dan artıq rayon və şəhərdən 342 məşqçi-müəllim qeydiyyatdan keçib.
Onlayn seminarlar 7 oktyabr 2024-cü il tarixdən etibarən start götürəcək. Dərslərin 3 ay müddətində davam etdirilməsi planlaşdırılır.
Qeyd edək ki, AŞF-nin Məşqçilər Komissiyası məşqçilərin qruplar üzrə bölgüsünü iyun ayında təşkil olunan 2 onlayn sınaq imtahanlarının baza nəticələrini nəzərə almaqla təşkil edib.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub