22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı, “Sirab” və “RAHAT” mağazalar şəbəkəsinin dəstəyilə media nümayəndələri arasında şahmat turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış iyulun 13-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq.
Turnir A və B qrupundan ibarət olacaq. Qalib və mükafatçılar 7 turdan sonra müəyyənləşəcək.
Hər oyuna 5 dəqiqə vaxt veriləcək, hər gedişə 5 saniyə əlavə olunacaq. Hər qrup üzrə ilk üç yeri tutacaq iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr veriləcək. Yalnız birinci yerin sahibləri diplomla təltif olunacaq.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Bu dəfə ki turnir sayca yeddinci yarış olacaq.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu