Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda Vidit Santoşla (Hindistan) üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov qara fiqurlarla oynayacaq. O, hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Santoş isə 6 xalla beşinci yerdədir.
Qeyd edək ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
- Sərxan Həşimov Avropa Şahmat İttifaqının vitse-prezidenti seçilib
- "Shamakhi Open 2026"nın açılış mərasimi keçirilib
- Jurnalistlər arasında şahmat turnirinin qalibləri müəyyənləşib
- Azərbaycan millisi Şabranda təlim-məşq toplanışında iştirak edib
- Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millilərinin heyəti müəyyənləşib