Qukeş dünya çempionu olub
12.12.2024 - 19:28
18 yaşlı hindistanlı qrossmeyster Dommaracu Qukeş şahmat üzrə dünya çempionu olub.
Apasport.az xəbər verir ki, şahmat tacı uğrunda mübarizədə o, 17-ci dünya çempionu çinli Dinq Lirenə 7,5:6,5 hesabı ilə qalib gəlib.
Sinqapurda keçirilən qarşılaşmanın həlledici görüşündə hindistanlı qara fiqurlarla oynayıb və 58-ci gedişdə qalib gəlib. Qukeş Vişvanatan Ananddan sonra şahmat üzrə ikinci hindistanlı dünya çempionu olub.
Qeyd edək ki, Dommaracu Qukeş 18-ci dünya çempionudur. Bundan əlavə, o, şahmat tarixinə ən gənc dünya çempionu kimi düşüb.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
0
0