Şahmatçılarımız reytinqdə geriləyib
31.03.2025 - 16:48
Şahmatçılarımız reytinqdə geriləyib

FİDE şahmatçıların reytinq siyahısını yeniləyib. 

Apasport.az xəbər verir ki, Azərbaycanın tanınmış şahmatçıları reytinqdə geriləyib. 

Kişi qrossmeysterlərdən Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov (2692) 39-cu, Rauf Məmmədov (2657) 69-cudur. Ötən ayla müqayisədə Məmmədyarovla Məmmədov 2, Rəcəbov 4 pillə geriləyib.

Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cüdür. Onlar ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.

Qeyd edək ki, kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837), qadınlara isə Yifan Hou (Çin, 2633) başçılıq edir.