
Bu gün Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatında son tur keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb.
Son turda qələbə qazanan şahmatçımız Dünya kubokuna sonuncu vəsiqəni verən 10-cu yeri tutub. O, 7,5 xal toplayıb. Çempionatana uğursuz start götürən və son turlarda özünə gələn Avropa çempionu Ülviyyə Fətəliyeva 7 xalla 24-cü yerdə qərarlaşıb.
Gövhər Beydullayeva çempionatı 28-ci, Türkan Məmmədyarova isə 40-ci pillədə başa vurub.
Qeyd edək ki, reqlamentə görə, Avropa çempionatında ilk on yeri tutan şahmatçılar Dünya kubokuna vəsiqə qazanıblar.
11-ci tur
Gülnar Məmmədova - Anastasiya Kirtadze (Gürcüstan) - 1:0
Oliviya Kiolbasa (Polşa) - Türkan Məmmədyarova - 1:0
Gövhər Beydullayeva - Maryam Mkrtçan (Ermənistan) - 0,5:0,5
Monika Ruiz Kalzeta (İspaniya) - Ülviyyə Fətəliyeva - 0:1
Nərmin Abdinova - Mixalina Rudzinska (Polşa) - 0:1
Ayan Allahverdiyeva - İrina Çeluşkina (Serbiya) - 1:0
Lalə Hüseynova - Kler Çaku (Albaniya) - 1:0
Səbinə İbrahimova - rəqibsiz
Yekun turnir cədvəli:
1. Teodora İnyaç (Serbiya) - 9,5 xal, 2. İrina Bulmaqa (Rumıniya), 3. Mai Narva (Estoniya) - hərəyə 8...
10. Gülnar Məmmədova - 7,5, 24. Ülviyyə Fətəliyeva - 7, 28. Gövhər Beydullayeva - 6,5, 40. Türkan Məmmədyarova - 6,5, 53. Ayan Allahverdiyeva - 6, 62. Nərmin Abdinova - 5,5, 82. Səbinə İbrahimova - 5, 90. Lalə Hüseynova - 5 xal...