Şəhriyar Məmmədyarovdan 3-cü bərabərlik
08.06.2024 - 18:55
Şəhriyar Məmmədyarovdan 3-cü bərabərlik

Daşkənddə şahmat üzrə Masters turniri davam edir.

Apasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün üçüncü görüşünü keçirib.

İlk iki turda heç-heçə edən həmyerlimiz bu dəfə də xalları yarı bölüb. O, qara fiqurlarla 25-ci gedişdə iranlı Parham Maqsudlu ilə heç-heçə edib.

3-cü tur
Parham Maqsudlu (İran) - Şəhriyar Məmmədyarov – 0,5:0,5
Nodirbek Abdusattarov (Özbəkistan) – Nodirbek Yakubboyev (Özbəkistan) 0,5:0,5
Vidiş Santoş Qujarati (Hindistan) - Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Aleksandr Qrişuk (FİDE) – 0,5:0,5
Yu Yanqyi (Çin) - Aleksey Sarana (Serbiya) – 1:0

 

0