Şuşada keçiriləcək yarışın iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər
25.09.2024 - 12:38
“Vüqar Həşimov Memorial-2024” superturnirinin iştirakçıları II Fəxri xiyabanda görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.
Apasport.az xəbər verir ki, ziyarətdə Vüqar Həşimovun yaxınları, yarış iştirakçıları, federasiya üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.
10-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialı bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah saat 14:30-da Şuşa Otel-Konqres Mərkəzində olacaq.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
0
0