Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı”nda rapid yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, turnirdə bu gün daha 3 partiya oynanılıb.
Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb. Dünən ilk 3 turdan sonra üstünlüyə yiyələnən qrossmeystrimiz ümumi yekunda 4:2 hesabı ilə qalib gəlib.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Şahmatçılar bu gün hər 3 partiyada heç-heçəyə razılaşıblar. Dünən önə keçən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, sabah 10 turdan ibarət blits turniri təşkil olunacaq. Yarışın qalibləri rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub