Təmsilçimiz Monteneqroda gümüş medal qazanıb
08.03.2025 - 10:08
Monteneqroda keçirilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva qızların yarışında ikinci yeri tutub.
Təmsilçimiz 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran Ayan dünya çempionatının gümüş medalına layiq görülüb. Qızıl medalı 9 xal toplayan Anna Şuxman qazanıb.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
- Şahmatçımız beynəlxalq turnirdə ikinci oldu
- Şahmatçılarımız dünya çempionatında mübarizə aparır - FOTO
- "Baku Open" Beynəlxalq Şahmat Festivalının son turuna start verilib - FOTO
- Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi gənc şahmatçıların valideynləri ilə görüş keçirib
- Sərxan Həşimov ECU vitse-prezidentliyinə namizəd oldu
0
0