Vüqar Həşimov memorialının qalibi bəlli oldu
28.09.2024 - 20:31
Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialına yekun vurulub.
Apasport.az xəbər verir ki, turnirin qalibinin adına aydınlıq gəlib.
14 turdan sonra Yan Nepomnyaşi 19 xalla birinci pillənin sahibi olub. Özbəkistanlı Nodirbek Abdusattorov isə 18 xalla 2-ci yerdə qərarlaşıb.
Təmsilçimiz Şəhriyar Məmmədyarov isə 16 xalla üçüncü pillənin sahibi olub.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının ilk iki günündə rapid, üçüncü günündə isə blits oynanılıb.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub
0
0