Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstərirlər.
4 gün davam edəcək birincilikdə Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır.
Qaliblər komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək