Tunar Bağırov beynəlxalq yarışın mükafatçısı olub
26.10.2026 - 13:43
Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.
Apasport.az xəbər verir ki, idmançı "Riga City Council's Youth Cup 2026" turnirində fərqlənib.
Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.
Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.
Qeyd edək ki, bu, idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.
0
0