Stolüstü tennisçimiz finalda
30.08.2026 - 15:45
Stolüstü tennisçimiz finalda

Stolüstü tennisçi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” yarışında uğurlu çıxışını davam etdirir.

Apasport.az xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançı ilk üç mərhələni lider kimi başa vurub.

O, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

Mehin yarımfinalda İsveçrə təmsilçisini 3:0 hesabı ilə məğlub edərək “mini Avropa çempionatı” adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.

Stolüstü tennisçimiz həlledici görüşdə Latviya təmsilçisi ilə qarşılaşacaq.