Azərbaycanın stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti açıqlayıb.
Milli komandanın üzvləri Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinə yola düşüblər.
Onlar baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında aprelin 14-dən 27-dək Çinin Hebey əyalətinin paytaxtı Şijiazuanq şəhərində yerli idmançılarla birgə məşq proseslərində iştirak edəcəklər.
Təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək