Azərbaycanın stolüstü tennisçisi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində U-11 yaş kateqoriyasında bürünc mükafata sahib çıxan idmançı Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb.
Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Ə.Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib.
Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanıb.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək