Berlin turnirində iki medal
12.03.2026 - 11:57
Azərbaycan stolüstü tennisçiləri Onur Quluzadə və Ələkbər Mirzəliyev Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.
Apasport.az xəbər verir ki, oğlanlardan ibarət millinin baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata sahib çıxıb.
O.Quluzadə U-15, Ə.Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.
Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət heyət Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
0
0