Mehin Mirzəbalayeva beynəlxalq turnirin mükafatçısı olub
14.05.2026 - 21:04
Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, U-13 kateqoriyasında yarışan istedadlı idmançı, yaşıdları arasında üçuncü yeri tutub.
Sabah 11 və 15 yaşadək stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.
Qeyd edək ki, Azərbaycan milli komandası Özbəkistan paytaxtında təşkil olunan yarışa 11 idmançı ilə qatılıb. Beynəlxalq turnirə mayın 16-da yekun vurulacaq.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək
0
0