Stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin rekordlar kitabı”na yazdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, Azərbaycan seçmə komandasının üzvü bu gün “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib.
O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 17 metr məsafədən uğurla həyata keçirib.
Nihad Məmmədovun göstəricisi ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rəsmi cavab təxminən 4-8 həftədən sonra veriləcək.
Qeyd edək ki, sözügedən rekord (16.70) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.
- Stolüstü tennis üzrə Respublika birinciliyinin qalibləri müəyyənləşib
- Stolüstü tennis üzrə Respublika birinciliyi start götürüb
- Leyla Camalzadə Serbiyada bürünc medal qazanıb
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Onur Quluzadə Çində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək