“Qalatasaray”ın oyununu azərbaycanlı hakimə tapşırıldı
20.01.2020 - 10:01
Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti dəfə etimad göstərib.
Apasport.az saytının məlumatına görə, həmyerlimiz CEV kubokunun 1/8 final mərhələsində iş başında olacaq.
O, kişi voleybolçular arasında keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Qalati” (Rumıniya) klubları arasında ilk görüşdə əsas hakim funksiyasını yerinə yetirəcək. Yanvarın 29-da İstanbulda təşkil ediləcək matçda ikinci referi belaruslu Konstantin Asipçik olacaq.
0
0
Eldar Əliyev
voleybol
CEV kuboku