Milli komandamız Ermənistana böyük hesabla qalib gəldi
02.11.2009 - 09:59
Milli komandamız Ermənistana böyük hesabla qalib gəldi
Azərbaycanın kişi həndbolçulardan ibarət yığması Moldovanın paytaxtı Kişinyovda keçirilən “Çelenc Trofi” turnirində çıxışını major notla bitirib. Apasport.az saytının məlumatına görə, qrupda keçirdiyi ilk iki oyunda Gürcüstan və Moldova kollektivlərinə, müvafiq olaraq 23:41 və 28:36 hesabı ilə uduzan yığmamız bu məğlubiyyətlərin əvəzini Ermənistandan çıxıb.

Belə ki, həndbolçularımız bədnam qonşularımıza böyük hesabla qalib gəliblər - 33:16. Komandamız hələ birinci hissədə aşkar üstünlüyə yiyələnib. Fasiləyə 16:6 hesablı qələbə ilə yollanan yığmamız fasilədən sonra təzyiqi daha da artıraraq, yekunda rəqibdən 17 xal çox toplayıb.

Lakin bu parlaq qələbə növbəti mərhələyə adlamağımıza imkan verməyib. Yığmamız 2 xalla 3-cü pillədə qərarlaşdığından, mübarizəni erkən dayandırıb.
0