Təqvim müəyyənləşdi: Milli komandamız 13 günə 4 rəsmi oyun keçirəcək
09.02.2010 - 10:59
Təqvim müəyyənləşdi: Milli komandamız 13 günə 4 rəsmi oyun keçirəcək
Azərbaycanın kişi basketbolçulardan ibarət yığmasının Avropa çempionatının seçmə mərhələsinin B divizionunda keçirəcəyi oyunların təqvimi məlum olub. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan yığmamız ilk dövrənin qarşılaşmalarına bu ilin avqustunda çıxacaq.

Elxan Əliyevin rəhbərlik etdiyi kollektiv avqustun 8-də Albaniyanın qonağı olacaq. Bundan 6 gün sonra basketbolçularımız Belarusu qəbul edəcəklər. Avqustun 17-də isə Rumıniyada yerli komandaya qarşı mübarizə aparacağıq. Nəhayət, yığmamız ilk dövrənin son matçını avqustun 21-də doğma meydanda keçirəcək. Həmin gün rəqibimiz İsveç olacaq. Eyni komandalarla ikinci dövrənin qarşılaşmaları gələn ilin aprelində gerçəkləşəcək.

Qeyd edək ki, yekunda 2 ən güclü kollektiv A divizionuna yüksələcək.
0