Türkiyə komandası gələn həftə Bakıya gəlir
10.02.2010 - 10:07
Türkiyə komandası gələn həftə Bakıya gəlir
Qadın voleybolçular arasında keçirilən avrokuboklarda Azərbaycanın yeganə təmsilçisi “Rabitə” klubunun növbəti oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız CEV kubokunun 1/4 final mərhələsində “Əczaçıbaşı”nı (Türkiyə) fevralın 18-də qəbul edəcək. Oyun saat 17:00-da başlanacaq. Tərəflər arasında cavab qarşılaşması fevralın 24-də İstanbulda baş tutacaq. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 19:00-da çalınacaq.

Qeyd edək ki, “Əczaçıbaşı” CEV kubokunun 1/8 finalında digər komandamız “Azərreyl”i mübarizədən kənarlaşdırıb - 3:2, 3:0. “Lokomotiv”, “İqtisadçı” və “Azərneft” klublarının da uduzması nəticəsində avrokuboklarda yalnız “Rabitə” qalıb.
0