Milli komandamız 5 gün dayanmadan oynayacaq
11.02.2010 - 11:24
Milli komandamız 5 gün dayanmadan oynayacaq
Azərbaycanın yeniyetmə qızlardan ibarət voleybol üzrə milli komandasının Avro-2010-nun ikinci seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan yığmamız seçmə matçlara bu ilin aprelində Fransada çıxacaq. Reqlamentə əsasən, voleybolçularımız 5 gün dalbadal oynamalıdırlar. Komandamız bu müddət ərzində Sloveniya, Fransa, Rumıniya, Ukrayna və Belarusla qüvvəsini sınayacaq.

Qrupda ilk iki yeri tutacaq kollektivlər qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaq. Avropa birinciliyi bu ilin sentyabrında Serbiyada təşkil olunacaq. Serbiya, İtaliya, Rusiya və Türkiyə yığmaları Avro-2010-nun final mərhələsində birbaşa iştirak hüququna malikdir.

Milli komandamızın ikinci təsnifat mərhələsindəki oyunlarının təqvimi:

7 aprel, saat 21:00 Sloveniya - AZƏRBAYCAN
8 aprel, saat 23:30 AZƏRBAYCAN - Fransa
9 aprel, saat 21:00 Rumıniya - AZƏRBAYCAN
10 aprel, saat 18:30 Ukrayna - AZƏRBAYCAN
11 aprel, saat 18:30 AZƏRBAYCAN – Belarus

Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
0